Qırmızı.az
Qərb regionu üzrə Rus icmasının konfransı keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının qərargahında Azərbaycanın qərb regionu üzrə Rus icmasının konfransı keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatı, Rus icmasının
sədri Mixail Zabelin, sədr müavini B.Voronin, Kəpəz və Nizami
rayonları üzrə Rus icmasının sədrləri, Gəncə şəhər İcra
Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Həsən Əliyev, YAP
Gəncə şəhər təşkilatı İdeoloji şöbənin müdiri Hüseyn Budaqov,
rusdilli xalqların qərb regionunda yaşayan nümayəndələri iştirak
ediblər.
Konfransı giriş sözü ilə qərb regionu üzrə Rus icmasının sədri
Valeri Kozin açaraq gündəlikdə duran məsələlər barədə məlumat
verib.
Konfransda Rusiya və Sovet İttifaqı Ali məktəb Şuraları
Assosiasiyasının sədri Ü.Əliyev "Novosti Gəncə" qəzetinin
redaktoru, qərb regionu üzrə Rus icmasının sədr müavini
İ.Kalaşnikova, Gədəbəy Rus icmasının sədri N.Bıçkov, YAP Gəncə
şəhər təşkilatı İdeoloji şöbənin müdiri H.Budaqov, ADAU-nun kafedra
müdiri Z.Hümbətov çıxış edərək Rusiya və Azərbaycan xalqları
arasında tarixən yaranmış sıx dostluq əlaqələrindən, ulu öndər
Heydər Əliyevin misilsiz xidmətləri sayəsində hər iki ölkə arasında
sıx əməkdaşlıq münasibətlərinin yaranmasından və hazırda ölkə
başçısı cənab İlham Əliyev tərəfindən bu ənənələrin daha da inkişaf
etdirilməsindən, Azərbaycanın dünyada tolerant ölkə olaraq
tanınmasından, ölkəmizdə, həmçinin qərb regionunda yaşayan rusdilli
xalqların nümayəndələrinə göstərilən diqqət və qayğıdan söhbət
açıblar.
Konfransda iştirakçılar tərəfindən irəli sürülən bir sıra
problemlərə də aydınlıq gətirilib.
Qərb regionunun Rus icmasının fəaliyyəti iştirakçılar tərəfindən
qənaətbəxş hesab olunub.
Konfransda müzakirə olunan məsələlər barədə qərar qəbul edilib və
Azərbaycan Rus icmasının Bakıda keçiriləcək qurultayına
nümayəndələr seçilib.
Sonda "Novosti Gəncə" qəzetinin təşkilatçılığı ilə Gəncə şəhər
ümumtəhsil məktəbləri arasında keçirilən və 9 May - Qələbə Gününə
həsr olunmuş inşa yazı müsabiqəsinin qalibləri fəxri fərman və
qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu