Ağdaşda müəmmalı yanğınlar: molla dua yazdı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Ağdaşda müəmmalı yanğınlar: molla dua yazdı - VİDEO

Ağdaş şəhərində 5-otaqlı fərdi yaşayış evində müəmmalı yanğın hadisəsi baş verib.

Milli.Az EL TV-yə istinadən bildirir ki, hadisə Ağdaş şəhərində, Müşfiq İsayev küçəsi dalan 4, ev 24 ünvanında qeydə alınıb. 81 yaşlı Həmdiyyə Mövlanova məxsus, ümumi sahəsi 225 kvadratmetr olan 5-otaqlı mənzildə 3 gün əvvəl qəribə hadisə baş verib.

Otaqların pərdələrindən başlayan yanğın 3 günün içərisində evin bütün əşya və mitil dəstini yandırıb. Hətta yanan əşyalar içərisində televizor və soyuducu kimi məişət avadanlıqları da olub. Qəribəsi budur ki, soyuducu yansa da, işləyir. Qeyd edək ki, 5 nəfərin birgə yaşadığı evdə son bir həftədə 5 dəfə irili-xırdalı yanğın hadisələri olub. Ayrı-ayrı vaxtlarda yataq otağındakı döşəklər, pərdələr, soyuducu, kreslo, televizor, iki otağın tavanı yanıb. Dünən isə ailə üzvləri yanğından gec xəbər tutduqları üçün evin iki otağı yanıb.

Əraziyə 3 dəfə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Ailənin bütün üzvləri hər an yanğın hadisəsinin yenə baş verəcəyindən ehtiyat edərək, gecə-gündüz artıq yararsız vəziyyətdə olan evə nəzarət edirlər.

Əşyaların nədən yandığı isə müəmmalıdır. Bu hadisəni görənlər təəccüblənirlər. Çünki yanan əşyalar olan yerdə elektrik naqili və ya soba yoxdur. Hətta şər qüvvələrin olmasından şübhələnən ev sahibi kəndin mollasına müraciət edərək iki dəfə dualar da yazdırıb. Ev isə yenə də yanır. Qeyd edək ki, hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm