Xırdalanda və Neftçalada güclü yanğın olub
Bizi izləyin

Qırmızı.az

Xırdalanda və Neftçalada güclü yanğın olub

Bu gün Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəhərində sahibi məlum olmayan ümumi sahəsi 25 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdan keçən dəmir yol xətti mühafizə olunub. Yanğın

Bu gün Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəhərində sahibi məlum olmayan ümumi sahəsi 25 kv.m olan taxta konstruksiyalardan ibarət tikili yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdan keçən dəmir yol xətti mühafizə olunub. Yanğın saat 11:10-da söndürülüb.

Oxşar hadisə Neftçala rayonu, Həsənabad qəsəbəsində də qeydəa alınıb. Vətəndaşa məxsus, hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 350 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi mühafizə olunub. Yanğın saat 11:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır. /Musavat/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm