Məktəb qarşısındakı insidentə görə 5 nəfər həbs edilib
Bizi izləyin

Qırmızı.az

Məktəb qarşısındakı insidentə görə 5 nəfər həbs edilib

Bir neçə gün öncə Nərimanov rayonu ərazisində, “Çermet qəsəbəsi” deyilən ərazidəki 93 saylı məktəbin qarşısında baş vermiş insidentlə bağlı 5 nəfər həbs edilib.

Hüquq mühafizə orqanlarındakı mənbənin Publika.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı daha 2-3 nəfərin də həbs edilməsi gözlənilir.

Mənbə bildirib ki, hadisəni törədənlərin məmur övladı olması ilə bağlı yayılan məlumatlar yalandır.

Xatırladaq ki, Nərimanov rayonu ərazisində, “Çermet qəsəbəsi” deyilən ərazidəki 93 saylı məktəbin qarşısında “BMW-X6” markalı bahalı avtomobilin sürücüsünün yolda avtoxuliqanlıq etməsi ilə bağlı qəsəbə sakinləri və maşında olan şəxslər arasında dava düşüb. Qəsəbə sakinləri ilə 30-40 nəfərlik "gəlmələr" arasında gərginlik zamanı naməlum şəxs odlu silahdan havaya bir neçə dəfə atəş də açıb. Yayılan məlumata görə, sözügedən avtomobilin sahibi yenə hansısa yüksək rütbəli məmurun balası, ya da “çox hörmətli” oliqarxın övladıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm