Qırmızı.az
İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə
Azərbaycanda iş yerlərini dəyişmək istəyən müəllimlər üçün elektron ərizə qəbuluna başlanılıb.
Publika.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi
məlumata görə, iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu
iyunun 10-a kimi aparılacaq.
Azərbaycanda orta məktəblərdə daimi işləyən müəllimlərin bir
rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi
mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə
aparılacaq. Müsabiqə elektron ərizədəki göstəricilərin
qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarət olacaq.
Müəssisələrdə daimi işləyən müəllimlərin bir rayon (şəhər)
daxilində yerdəyişməsi yerdəyişmə həyata keçiriləcək müəssisənin
direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə
orqanı tərəfindən həyata keçirilir. Hər hansı ixtisas üzrə bir
vakant yerə yerdəyişmə üçün iki və daha artıq namizəd olduqda,
müsabiqə komissiyası təhsil və peşəkarlıq səviyyəsini, digər zəruri
halları (hərbçi ailəsi, azyaşlı övladları olması, xəstə ailə üzvünə
qulluq, ailə qurmaqla əlaqədar yaşayış yerini dəyişmə və s.)
araşdırmaqla müvafiq qərar qəbul edir.
Hər bir namizəd ixtisası üzrə ən çoxu 8 vakant yer seçə bilər.
Qeyd edək ki, Azərbaycanda müəllimlərin yerdəyişməsi üzrə müsabiqə
ilk dəfə aparılır.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin