Ərdəbilə avtobus reysi açılır
Bizi izləyin

Qırmızı.az

Ərdəbilə avtobus reysi açılır

İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının Ərdəbil əyaləti üzrə İdarəsinin sədr müavini Qadir Təqizadə Ərdəbil və Bakı şəhərləri arasında avtobus reysinin açılacağını bildirib.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, avtobuslar həftənin çərşənbə axşamı, cümə axşamı və bazar günləri Ərdəbildən Bakıya, bazar ertəsi, çərşənbə və şənbə günləri isə Bakıdan Ərdəbilə hərəkət edəcək.

Q.Təqizadə həmçinin qeyd edib ki, gələcəkdə tələbata görə avtobusların sayı və reyslərin günləri artırıla bilər.

Onun sözlərinə görə, İrana səfər edən Azərbaycan vətəndaşlarının 49,4 faizi müalicə üçün, 34,5 faizi turizm, 9,7 faizi ticarət, 4,7 faizi isə qohumlarına baş çəkmək üçün ölkəyə gəlirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm