“Dövlətin əmlakını yeyənin yeri məlumdur” – Əli Bayramov DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Dövlətin əmlakını yeyənin yeri məlumdur” – Əli Bayramov DANIŞDI

“Dövlətin əmlakını yeyənin yeri hamıya məlumdur” – Əli Bayramov DANIŞDI

Bu yaxınlarda öz ərizəsi ilə vəzifədən azad olunan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Əli Bayramov Azərbaycandan qaçması barədə mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Ə. Bayramov Publika.az-a açıqlamasında deyib ki, o, hazırda Bakıdadır:

“Yazıblar ki, guya, mən ölkədən qaçmışam və sairə. ANS televiziyasından mənə zəng vurublar və deyirlər ki, sən qaçmısan. Mən də dedim ki, ayıbdır belə danışmaq. Əgər mən qaçmışamsa, o zaman necə olur ki, sən mənə zəng edib danışırsan? Məgər qaçan belə qaçır? Qaçan yerini bildirməz, telefonu söndürər, nömrəsini dəyişər və sairə. Mənim yerim də əvvəlcədən hamıya bəlli idi. İstanbulda müalicə aldığım Anadolu klinikasının adını da demişdim. Kim istəsə, gedib internetdən mənim orada müalicə olunmağım barədə məlumatları öyrənə bilər.

Bilirsiniz, sifarişli mirzələr var və mənim haqqımda da yazırlar. Onlar kiminsə sifarişini yerinə yetirir, ağıllarına gələni yazırlar. Qərəzli yazılar yazırlar ki, ay yeyib-dağıtmışıq və sairə. Dövlətin əmlakını yeyib-dağıtmaq olar? Dövlətin əmlakını yeyənin yeri hamıya məlumdur.

Mənim haqqımda yazılanların hamısı uydurmadır. Necə olur ki, mən 4 ildir yeyib-dağıdıram, ancaq yenə də vəzifədə qalıram? Heç dövlətin bir qəpik pulunu mənimsəmək olar? Axı mən kimə nə pislik etmişəm ki, indi arxamca bu cür uydurma yazılar yazırlar?”

Ə. Bayramov hazırda Bakıda müalicə olunduğunu söyləyib:

“İnşallah müalicəm hələ davam edir, yenidən işləmək istəyirəm. Hələ pensiya vaxtıma çox var. Hazırda Bakıda müalicə alıram, müalicəm bitəndən sonra, yəqin ki, işləyəcəm”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm