Doğum evində daha bir ana və uşaq ölümü
Bizi izləyin

Qırmızı.az

Doğum evində daha bir ana və uşaq ölümü

Bu gün səhər saatlarında Suraxanı rayonu 3 saylı Doğum Evində ölüm hadisəsi baş verib.

Axar.az xəbər verir ki, Əhmədli qəsəbə sakini, ikinci hamiləliyini yaşayan Aynurə adlı gənc ana və körpəsi 3 saylı Doğum Evində qeysəriyyə əməliyyatı zamanı qan çatışmazlığından həyatını itirib.

Əməliyyatı həyata keçirən həkim Nəzakət Məmmədovanın əvvəlcədən əməliyyat üçün pul aldığı və xəstənin yaxınlarını arxayın saldığı, hazırda da ölən şəxsin doğmaları ilə böyük mübahisə yaşandığı bildirilir.

Suraxanı rayon 3 saylı Doğum Evindən özünü təqdim etməkdən imtina edən həkim bildirdi ki, xəstənin ölüm səbəbi başqadır:

“Mərhum qeysəriyyə əməliyyatı zamanı həyatını itirməyib. O, və körpəsi embaliya xəstəliyi nəticəsində dünyasını dəyişib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm