Qənirə Paşayeva türk ziyalılarına müraciət etdi
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva türk ziyalılarına müraciət etdi

Q.Paşayeva dünyanın 60 ölkəsindən gələn türk ziyalılarına müraciətlə "Ermənistanın işğalçılıq siyasətinə və erməni yalanlarına qarşı mübarizədə nə qədər böyük bir güc olduğumuzu bütün dünyaya göstərməliyik" deyib.

Q. Paşayeva: "Dünyanın hər yerində yaşayan türklər Ermənistanın işğalçılıq siyasətinə və erməni yalanlarına qarşı mübarizəni gücləndirməldir."

TASAM-ın təşkilatçılığı ilə Ədirnədə keçirilən III Dünya Türk Forumunda “Türk-erməni əlaqələrində mövcud durum, problemlər və həlli yolları” mövzusu ətrafında müzakirələrdə çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində ermənilər türk düşmənliyi üzərində tərbiyə edilirlər.

Erməni diasporu öz milli kimliyini qoruyub saxlamaq üçün böyüyən gənclərə türkləri düşmən olaraq öyrədirlər. Bununla yanaşı, Ermənistanda da gənclərə ailələrdən başlayaraq məktəblərə qədər hər yerdə türklərin düşmən olduğu ciddi şəkildə təbliğ olunur. "Dünyanın hər yerində yaşayan türk kökənli insanlar bunu unutmamalı və bu məsələyə ciddi yanaşmalıdır" deyən millət vəkili Qənirə Paşayeva ermənilərin hər zaman əsl gerçəklərin ortaya çıxacağı toplantılardan qaçdıqlarını deyib. Çünki həm qondarma erməni soyqırımı ilə bağlı məsələlərdə, həm Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzularda nə qədər haqsız olduqlarını yaxşı bilirlər. Lakin nə işğalçılıq siyasətlərindən, nə də yalanlardan əl çəkmirlər və dünyanın hər yerində yaşayan türk insanı bu gerçəkləri bilməli və onların bu əməllərinə qarşı birlikdə daha sərt və daha geniş mübarizə aparılmalıdır. Q. Paşayeva "dünyanın 60 ölkəsindən gələn türk ziyalılarına müraciətlə Ermənistanın işğalçılıq siyasətinə və erməni yalanlarına qarşı mübarizədə nə qədər böyük bir güc olduğumuzu bütün dünyaya göstərməliyik" deyib. Ermənistanın BMT Təhlükəsizlik Şurası, AŞPA və bir sıra digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamələri yerinə yetirmədiyini, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmədiyini, erməni diasporu və lobbisi ilə birlikdə qondarma erməni soyqırımı yalanları ilə dünyada Türkiyə və Türk dünyası əleyhinə təbliğatı daha da artırdığını, 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva bu məsələdə harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türk kökənli insanlar birgə mübarizəsini daha da artırmalı, bu yalanların qarşısını almaq üçün Qarabağ, Xocalı həqiqətlərinin daha geniş yayılmasına birlikdə nail olmalıyıq deyib. Ermənistanın, ermənilərin Azərbaycan torpaqlarını işğal etməklə, Xocalı Soyqırımı törətməklə bərabər, bu günə kimi Türkiyənin də ərazi bütövlüyünü tanımadığını, ərazi iddiası irəli sürdüyünü, Ağrı dağını Ararat adı ilə gerbinə qoyduğunu, qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə və türk millətinə qarşı böhtan və yalan kampaniyasını davam etdirdiyini deyən millət vəkili Qənirə Paşayeva harada doğulub, harada yaşamasından asılı olmayaraq heç bir türk insanı bu həqiqətləri unutmamalı, ermənilərin bu addımları ilə əslində bütün türk millətinə qarşı, hamımız əleyhinə fəaliyyətini apardığını yaxşı bilməlidir və biz hamımız birlikdə buna qarşı mübarizə aparmalıyıq deyib. Qarabağ probleminin tarixi köklərini, yaranma səbəblərini hər bir türk insanı bilməlidir və görməlidir ki, bu problem əslində təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemidir və biz harda doğulub, harda yaşamasından asılı olmayaraq bütün türk kökənli qardaş və bacılarımızın bu məsələdə daha sıx şəkildə Azərbaycanın yanında olmasını gözləyirik. Dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər deyən millət vəkili Qənirə Paşayeva: “Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, deyə millət vəkili əlavə edib. Millət vəkili Qənirə Paşayeva forumda dünyanın hər yerindən gələn türk ziyalılarına müraciət edərək “sizin, bizim, buradakı və ölkələrimizdəki, toplumlarımızdaki aydınların üzərinə bu istiqamətdə böyük məsuliyyət düşür və biz hamımız bu istiqamətdə daha çox işləməliyik” deyib. O, diaspor təşkilatlarımızın də milli məsələlərdə ortaq fəaliyyəti daha da artırmalarının vacibliyinə toxunub və “bir türk toplumunun ağrı-acısı, problemi ilə bağlı tədbirlərlə, həqiqətlərimizin yayılması ilə bağlı toplantılarda, işlərdə hansı Türk dövləti və toplumunun mənsubu olmasından, harada doğulmasından asılı olmayaraq bütün türk kökənli diaspor təşkilatları dəstək verməlidir və həmin məsələnin arxasında nə qədər böyük bir güc olduğumuzu hamıya göstərməliyik deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm