Lənkəranda döyüş sursatları aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Lənkəranda döyüş sursatları aşkarlandı

Lənkəranda döyüş sursatları aşkarlandı

Lənkəran şəhərində döyüş sursatlarının aşkarlanması barədə məlumat daxil olub.

Publika.Az-ın Fövqəladə Hallar Nazirliyinin sayıtına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin Cənub Regional Mərkəzinə məlumat daxil olub

Dərhal Regional Mərkəzin xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıblar. Nazirliyin xilasediciləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bunlar 4 ədəd TM-62 markalı tank əleyhinə mina, 1 ədəd RÇ markalı mina, 2 ədəd 122 mm-lik top mərmisinin başlığı və patron darağında 80 ədəd 7.62 mm-lik döyüş patronlarıdır.

Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış keçirilib və digər şübhəli əşya aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm