Gürcü gəncləri leqal marixuana tələb edir
Bizi izləyin

Qırmızı.az

Gürcü gəncləri leqal marixuana tələb edir

Gürcüstan gəncləri marixuananın leqallaşmasını tələb edir

Marixuananın leqallaşmasını tələb edən bir qrup gənc Tiflisdə, parlamentin köhnə binasının qarşısında aksiya keçirib.

Publika.az Novost-Qruziya saytına istinadən xəbər verir ki , 31 mayda Rustaveli küçəsində marixuananın leqallaşmasının tərəfdarı olan yüzdən çox gənc toplaşıb.

Aksiya iştirakçıları bildiriblər ki, bir çox ölkələrdə marixuanaya görə cinayət məsuliyyəti ləğv olunub. Gürcüstan da bu yolla getməlidir. Toplaşanlar arasında Gürcüstanın tanınmış televiziya aparıcısı Nanuka Jorjilianiya da olub.

O, jurnalistlərə açıqlamasında “marixuanaya görə insanlar həbsxanaya düşməməlidir" deyib. Aksiyada narkotikə görə həbs cəzası gözləyən, işləri istintaqda olan şəxslər də iştirak edib. Onlardan biri, 27 yaşlı Beka Çikarişvili bildirib ki, bu, onun iştirak etdiyi son tədbir ola bilər.

Çünki 3 iyunda onun marixuana çəkmək və saxlamaqla bağlı məhkəmə işi yekunlaşacaq. Bu maddəyə görə, Gürcüstanda ittiham olunan şəxsləri 7-10 il arası həbs cəzası gözləyir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm