Balıqçılıqla bağlı məsələlər müzakirə olunur
Bizi izləyin

Qırmızı.az

Balıqçılıqla bağlı məsələlər müzakirə olunur

Bu gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) növbəti 3-cü Sessiyası öz işinə başlayıb.

Sessiyada Qırğızıstan, Tacikistan, Türkiyə və Azərbaycan Komissiyanın üzvləri qismində, Gürcüstan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi kimi təmsil olunur.

İki gün davam edəcək sessiyanın gündəliyində region ölkələrinin daxili su hövzələrində, göllərdə və su tutarlarında balıq ehtiyatlarının qiymətləndirilməsi üzrə müasir metodların tətbiqi, iqlim dəyişiklikləri şəraitində balıq ehtiyatlarının qiymətləndirilməsi və balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplər, su heyvanlarının sağlamlıq vəziyyətinin idarə edilməsinə dair strategiya və digər məsələlərin müzakirəsi və sənədlərin qəbulu nəzərdə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm