Həbsxanada konserv qabından telefon çıxdı
Bizi izləyin

Qırmızı.az

Həbsxanada konserv qabından telefon çıxdı

Qobustan Həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan Həbsxanasında cəza çəkən məhkum Alim Almas oğlu Cəfərovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Ramin Şölət oğlu Əmirovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı dəmir konserv bankanın içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı, 1 ədəd "Azercell" danışıq kartı, 1 ədəd qulaqcıq, 2 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş batareya və 1 elekrtik qidalandırıcısı aşkar edilərək götürülüb.

Qeyd edək ki, A.Cəfərov Cinayət Məcəlləsinin 334.1; 120.2.5 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm