Ramil Usubov vətəndaşlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov vətəndaşlarla görüşdü

Daxili işlər naziri Ramil Usubov vətəndaşlarla görüşüb.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Coranboy, Naftalan və Xocalı rayonlarından olan 55 nəfər iştirak edib.


Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.


Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 324 nəfər də qəbulda iştirak edib. General-polkovnik Ramil Usubov onların arasından daha yararlı və hazırlıqlı olan 65 gənci seçərək sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq göstəriş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm