• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

5 rayonda əmək yarmarkası keçiriləcək

5 rayonda əmək yarmarkası keçiriləcək

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti 2014-cü ilin iyun ayında respublikanın daha 5 rayonunda (Qax, Daşkəsən, Ağstafa, Qazax, Tovuz) əmək yarmarkaları keçirməyi planlaşdırır.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yarmarkalarda həmin rayonların məşğulluq mərkəzləri tərəfindən toplanmış boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək. Tədbirlərdə vakant iş yerləri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq.

Cari ilin yanvar-may aylarında Bakı şəhərində və respublikanın 6 rayon və şəhərində (Şəmkir, İsmayıllı, Yardımlı, Naftalan, Qobustan, Şəki) keçirilən əmək yarmarkalarında ümumilikdə 919 nəfər işaxtaran və işsiz vətəndaşa münasib iş yerlərinə göndəriş verilib. Yarmarkalar zamanı 117 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb.

Qeyd olunan müddətdə məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə ayrı-ayrı ali təhsil müəssisələrində keçirilən aktiv məşğulluq tədbirlərində isə vakant iş yerlərinə göndəriş verilənlərin sayı 619 nəfər, peşə hazırlığı kurslarına cəlb olunanların sayı isə 163 nəfər, əmək birjasında qeydiyyata alınanların sayı isə 132 nəfər təşkil edib. İşəgötürənlər tərəfindən gələcəkdə kadr seçiminin aparılması üçün ümumilikdə 2560 nəfər tələbə və məzundan CV-lər qəbul edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR