Gülər Əhmədova: “Hamı elə bilirdi ki, mən qatiləm”
Bizi izləyin

Qırmızı.az

Gülər Əhmədova: “Hamı elə bilirdi ki, mən qatiləm”

Sabiq millət vəkili Gülər Əhmədovanın barəsində olan hökmdən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə iclası günün ikinci yarısında davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən proses sabiq deputatın vəkili 17 vəsatətlə çıxış edib.

Vəkil Cinayət Məcəlləsinin 178.2.3, 307.2-ci maddələrinə xitam verilməsi, apelyasiya şikayətlərinə məhkəmə istintaqı ilə aparılması, əlavə şahidlərin dindirilməsi, cinayət işində olan bəzi sübutların çıxarılmasını istəyib.

Gülər Əhmədova deyib ki, Azərbaycan məhkəmələri haqqında xoşagəlməz sözlərin deyilməsini istəmir: “Prokurorluqda, məhkəmədə, ictimaiyyət də bilir ki, mən heç kimdən pul almamışam. Həmin vaxt elə bir ajiotaj qalxdı ki, pul vermək məsələsi bir kənarda qaldı. Sevinc Babayevanın oğlu Ayxan Məmmədov özünü qəhrəman kimi təqdim etdi. Ayxan Məmmədov anasının cənazəsini gətirmək üçün məndən 20 min manat almışdı. Həmin pulu qaytarmaması üçün oyun çıxardı, hamı elə bilirdi ki, mən qatiləm. O, anasını mənim zəhərlədiyimi iddia edirdi. Necə ola bilər ki, ali qurum olan məhkəmə əsli olmayan sənədi əsas götürüb mənim həbsimə qərar verir? Mənim cəzamı verin, amma qanunla cəza verin. Qanunu əsas götürün, məni gülləyin. Daha Elşad Abdullayevin montaj olunan videolarını əsas götürməyin. Azərbaycan ictimaiyyətinin 99 faizi bilir ki, günahım yoxdur. Məni tanıyanlar dələduz olmadığımı bilirlər. Mən on iki il çıxış etmişəm ki, Azərbaycan məhkəmələri qanuni hökm çıxarır, qanunsuz heç nə yoxdur. Axı bu hökm qanunsuzdur. Mənim 12 illik fəaliyyətim heçə gedir axı. Hakimlər gəlib parlamentdə and içirlər, biz səs vermişik ki, bu adamlar qanunla fəaliyyət göstərirlər”.

Dövlət ittihamçısı vəsatətlərə münasibət bildirmək üçün vaxt istəyib. Buna görə də hakimlər məhkəmə iclasını dekabrın 24-ə kimi təxirə salıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm