“Erməni rəhbərliyi fiaskoya uğradığını anlamalı idi” – Bayram Səfərov
Bizi izləyin

Qırmızı.az

“Erməni rəhbərliyi fiaskoya uğradığını anlamalı idi” – Bayram Səfərov

“Ermənistan rəhbərliyi fiaskoya uğradığını çoxdan anlamalı idi” – Bayram Səfərov

“Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Avrasiya İqtisadi Birliyinin (AİB) Astanadakı təsis toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qarabağ mövzusunda verdiyi bəyanatını şərh edib.

İcma rəhbəri B.Səfərov Publika.az-a açıqlamasında deyib ki, Cənab Prezidentin yürütdüyü siyasəti bütün icma üzvləri dəstəkləyir:

“Biz hər gün Azərbaycan Prezidentinin yürütdüyü siyasətin uğurlarını görürük. Ermənilərin ədalətsiz və işğalçı olduğunu artıq bütün dünya bilir. Əslində, Ermənistan rəhbərliyi fiaskoya uğradığını çoxdan anlamalı idi. Vaxtın uzanması Ermənistan ziyandır. Əgər ermənilər bir az da olsa ağıllanıbsa, o zaman işğala son qoysunlar. Ziyanın yarısından da qayıtmaq faydalıdır. Ermənistan başı yiyəsiz qalmış bir dövlətdir. Ancaq Azərbaycan dövlətinin səriştəli və sözükeçən prezidenti var. Cənab Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycan xalqı üçün qanundur. Hər bir Azərbaycan vətəndaşı Cənab Prezidentin göstərişini gözləyir. Hər birimiz doğma torpağımıza qayıtma istəyirik. Gec-tez də qayıdacağıq. Bunun üçün də Cənab Prezident hələ ki, Ermənistana sülh yolunu təklif edir. Ancaq Cənab Prezident hər dəfə də bəyan edir ki, digər yol da istisna deyil. Bunu Ermənistan rəhbərliyi anlamalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm