• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ekspertizadan xəbər var – Döyülüb, ya yıxılıb?

Ekspertizadan xəbər var – Döyülüb, ya yıxılıb?

7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi Nahid Cavadovun xəsarət alması ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizası yekunlaşmayıb.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin sədri Şakir Musayev Publika.az-a bildirib ki, hazırda N. Cavadovun döyülüb-döyülmədiyini müəyyənləşdirmək məqsədilə ekspertiza təyin olunub, hələlik ekspertiza davam edir və bir nəticə yoxdur.

Onun sözlərinə görə, məlum faktla bağlı başlanmış cinayət işinin istintaqı Baş prokurorun nəzarətindədir. Ekspertizanın obyektiv keçirilməsi üçün lazımi tədbirlər görülür.

Xatırladaq ki, sağlamlıq imkanı məhdud olan N.Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan, fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı Şəhər Prokurorluğu İstintaq idarəsinə tapşırılıb.

İlkin araşdırmalar zamanı N. Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyyəsindən xəsarət alması qənaətinə gəlinib və bu barədə mayın 20-də Daxili İşlər Nazirliyi, mayın 21-də səhər saatlarında isə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə geniş açıqlama verilib. Araşdırmaların obyektivliyinin təmin edilməsi məqsədi ilə internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılıb.

Lakin mayın 21-də axşam saatlarında KİV-də və sosial şəbəkələrdə N.Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR