Saxta polis dəstəsinin üzvləri tutuldu
Bizi izləyin

Qırmızı.az

Saxta polis dəstəsinin üzvləri tutuldu

"Karat" MMC-dən oğurluq etmiş şəxs və ondan oğurluq etmiş saxta polislər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Abşeron rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə "Karat" MMC-dən oğurluq etdiyinə görə tutulmuş Ramil İmaməliyevin cari ilin may ayının 1-də 8-ci mikrorayon ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş Kürdəmir rayon sakini Aqil Şəmiyev, Zamiq Xasıyev, Aqşin Məmmədov, Ruslan Əliyev və Beyləqan rayon sakini Röyal Qədirov tərəfindən "KİA" markalı avtomobilə oturdulub Xırdalan şəhərinin ərazisinə aparılması və orada ona hədə-qorxu gələrək oğurlanmış puldan 450 min manatının alınması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şəmiyev, R.Qədirov və Z.Xasıyev tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm