Direktorların işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır
Bizi izləyin

Qırmızı.az

Direktorların işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanır

Azərbaycan Təhsil Nazirliyi orta məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydalar hazırlayır.

Publika.az-ın məlumatına görə, Təhsil Nazirliyinin Təhsil keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib:

"Hazırda nazirlik tərəfindən direktorların işə qəbulu qaydaları hazırlanır. Düşünürəm ki, bu ilin sonuna kimi, növbəti tədris ilindən bu istiqamətdə də bəzi yenilikləri ictimaiyyətə çatdıra biləcəyik".

E.Әmrullayev qeyd edib ki, məktəb direktoru kimi çalışan və gələcəkdə məktəbin idarə edilməsində fəaliyyət göstərən kadrlar üçün ötən ilin noyabr ayından keçirilməyə başlanılan təlim kursları başa çatıb. Təlimlərdə iştirak üçün 8 yüz direktor müraciət edib.

Təlimlərdə iştirak üçün keçirilən müsabiqənin I mərhələsində 200-ə yaxın namizadin ərizəsi qəbul edilib, onlardan 172 nəfəri imtahana, 80 nəfərə qədəri isə müsahibəyə buraxılıb. Ümumilikdə sonda 53 nəfər təlimdə iştirak edib. Təlimlər zamanı onlara kurikulum, təhsillə bağlı ətraflı məlumatlar verilib. Təlimdə iştirak edən 52 nəfər müdavim yekun qiymətləndirmədə iştirak edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm