Xarici diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılıb
Bizi izləyin

Qırmızı.az

Xarici diplomların tanınması ilə əlaqədar sənədlərin qəbulu dayandırılıb

Azərbaycanda nostrifikasiya (Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə əlaqədar sənədlərin qəbulu müvəqqəti olaraq dayandırılıb.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, ali təhsil müəssisələri yayda tətilə çıxdıqları üçün xaricdə təhsil alanların diplomlarının təsdiqlənməsi sentyabrın 1-nə təxirə salınıb.

Bu müddət ərzində yalnız həqiqi hərbi xidmətdə olan, dövlət xətti və Dövlət proqramı çərçivəsində təhsil alan, habelə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına sənəd təqdim edən vətəndaşların ərizələri qəbul olunur.

Ümumi qaydada sənəd qəbulu isə sentyabrın 1-dən bərpa olunacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm