• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Xarici və yerli mallar üçün yarmarka AÇIQLAMASI

Xarici və yerli mallar üçün yarmarka AÇIQLAMASI

Xaricdən gələn kənd təsərrüfatı məhsulları üçün ayrıca yarmarkalar təşkil edilməyəcək. Sadəcə olaraq, yarmarkalar iki hissəyə bölünüb, bir tərəfdə xarici, digər tərəfində isə yerli məhsullar satılacaq.

Bunu Publika.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev söyləyib.

Qeyd edək ki, kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirmişdi ki, xaricdən gələn və kəndlərdən gətirilən mallar ayrı-ayrı yarmarkalarda satılacaq.

M. Hacıyev bildirib ki, Bakı şəhərinin 7 rayonunda 9 ərazidə ənənəvi olaraq kənd təsərrüfatı məhsullarından ibarət yarmarkaların təşkili davam edir.

"Biz yarmarkaları təkmilləşdirməyə çalışırıq. Son 6 ay ərzində yarmarkalar üstüörtülü şəraitdə təşkil edilib. Bundan başqa, mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı mallarının xarab olmaması üçün yarmarkalarda soyuducular da quraşdırılıb”, deyə M.Hacıyev əlavə edib.

Məbuat katibi onu da əlavə edib ki, gigiyenik qaydalara əməl edilməsini yoxlamaq üçün hər həftənin 5-ci günləri rəhbərlik tərəfindən yarmarkalara qruplar cəlb edilir. Yoxlamalara baytar mütəxəssislər və hər məhsulun yoxlanması üçün ekspertlər də cəlb olunub.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR