Müəllimlərin imtahan günü məlum oldu
Bizi izləyin

Qırmızı.az

Müəllimlərin imtahan günü məlum oldu

Azərbaycanda ilk dəfə olaraq Bakı müəllimləri üçün keçiriləcək sınaq qiymətləndirilmənin tarixləri açıqlanıb.

Publika.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib ki, müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq. İmtahanlar 4 gün ərzində - iyunun 10, 11, 12 və 13-də davam edəcək.

Bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. İbtidai sinif müəllimlərinin sayı çox olduğundan isə onlar üçün imtahan 2 gün ərzində keçiriləcək.

İ.Nağıyev qeyd edib ki, imtahanların keçirilməsi üçün paytaxtda müəllim saylarına uyğun olaraq 30 mərkəz seçilib. 3-4 gün əvvəl məktəblərin hər birinə bildirişlər göndəriləcək. Burada isə müəllimin hansı gün, saat, hansı məktəbdə, yer və sırada imtahan verəcəyi əks olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm