“Türk dövlətlərinin liderləri əsl qardaşlıq nümunəsi göstərirlər” – Video
Bizi izləyin

Qırmızı.az

“Türk dövlətlərinin liderləri əsl qardaşlıq nümunəsi göstərirlər” – Video

Qənirə Paşayeva: “Türk dövlətlərinin liderləri əsl qardaşlıq nümunəsi göstərirlər”– Video

Q. Paşayeva TGRT Haberin canlı yayımında "hər bir türk insanı özünü həm də bir qarabağlı kimi hiss etməlidir və işğal altında olan torpaqlarımızın azad olması üçün daha çox çalışmalıdır" deyib.

Azərbaycan millət vəkili Qənirə Paşayeva TGRT Haber telekanalında İbrahim Güneş təqdimatında “Güneş’li Saatler” proqramının qonağı olub. 45 dəqiqəlik canlı yayımda aparıcının suallarını cavablandıran Q. Paşayeva "biz Türkiyəni Azərbaycandan heç zaman ayırmırıq, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, biz bir millət, iki dövlətik və Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Böyük Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" ifadəsi var və mən gənc nəsillərimizi bu istiqamətdə daha yaxşı yetişməsinin gərəkli olduğunu düşünürəm, çünki dünyada bu iki ölkə arasındakı əlaqələr kimi münasibətlər başqa iki ölkə arasında yoxdur, biz nə qədər əlaqələrimizi inkişaf etdirsək, dövlətlərimizin gücü o qədər artar, yerləşdiyimiz coğrafiyada mövqeyimiz daha da artar” deyib.

Türk Dünyasının sevinclərinin və kədərlərinin ortaq olmasının vacibliyini vurğulayan Azərbaycan millət vəkili Dr. Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsi barədə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, soyqırımlar, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamə və qərarların Ermənistan tərəfindən yerinə yetirilmədiyi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün 20 ildən artıqdır ki, öz evlərinə dönə bilməməsi barədə məlumat verdi. “Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib.

Türk Dünyası dövlətləri arasında işbirliyinin hər ötən gün daha da inkişaf etməsinə diqqət çəkən millət vəkili Qənirə Paşayeva Qazaxıstan prezidentinin Ermənistan prezidentinin də iştirak etdiyi bir tədbirdə Azərbaycan prezidentinin məktubunu oxuması barədə aparıcının sualına cavabında belə deyib: “Əslində qardaşlıq məhz belə olmalıdır. Xatırlayırsınızsa, bir neçə gün əvvəl Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən “Şərq tərəfdaşlığı” konfransı çərçivəsinda Prezident cənab İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanın qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddialarına “Türkiyə burda yoxdur, amma mən varam” cavabı verməsi və verdiyi tutarlı cavab hər birimizə, gənclərimizə gözəl örnəkdir. Harda doğulub, harda yaşamamızdan asılı olmayaraq bir-birimizi bütün məsələlərdə dəstəkləyəriksə, daha güclü olarıq" deyib. Azərbaycan, tariximiz, mədəniyyətimiz, Azərbaycanla Türkiyə arasında bütün istiqamətlərdə həyata keçən böyük layihələr, Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimizin Qarabağ probleminin həlli istiqamətində gördüyü işlər barədə də məlumat verən millət vəkili Qənirə Paşayeva "inşallah yaxın zamanlarda bu cür programları, canlı yayımları birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz gözəl Dağlıq Qarabağımızda, bütün o gözəl torpaqlarımızda da həyata keçirə bilək" deyib və hər bir türk insanını özünü qarabağlı kimi hiss edərək Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, 1 milyon azərbycanlı qaçqın və məcburi köçkün qardaş-bacılarımızın öz evlərinə dönə bilməsi istiqamətində fəallıqlarını daha da artırmağa çağırıb. Heç bir türk insanı unutmamalıdır ki, 20 ildən artıqdır ki, Ermənistanın öz evinə dönməsinə imkan vermədiyi azərbaycanlı qaçqın və məcburi köçkünlər onların qardaş-bacılarıdır və biz dünyanın, beynəlxalq təşkilatların insanımıza, onun pozulmaqda davam edən haqlarına biganə münasibətindən təssüflənməklə bərabər əl-ələ verərək bu vəziyyəti dəyişmək üçün birlikdə daha çox çalışmalıyıq və unutmamalıyıq ki, güc məhz birlikdədir və bu birliyin daha da güclənməsi bizim hamımız üçün çox önəmldir.

Azərbaycan millət vəkillərinin Somada meydana gələn mədən faicəsindən sonra maaşlarının bir hissəsini faciə qurbanlarına bağışlamaları ilə bağlı suala cavab verən millət vəkili Qənirə Paşayeva: "Biz Türkiyə ilə Azərbaycana ayrı baxmırıq, Somada həyatını itirən insanlar bizim də qardaşlarımızdır. Bu faciə zamanı həyatını itirən qardaşlarımıza Allahdan bir daha rəhmət diləyirik, başda yaxınları olmaqla bütün millətimizə başsağlığı diləyrık. Siz Türkiyədə nə qədər üzüntü yaşadıysanız, biz də Azərbaycanda o qədər üzüntü yaşadıq, başsağlığını ilk bildirən də cənab Prezident İlham Əliyev oldu, biz də bu üzüntünün yanında nə edə bilərik deyə düşündük, sizi Türkiyə hüdudlarından kənarda da düşünənlər, sizin üçün üzülənlər, acınızı paylaşanlar var demək məqsədilə, Qızıl Aypara Cəmiyyəti tərəfindən belə bir kampaniyaya başladı, bu kampaniyaya millət vəkillərimiz, dövlət adamlarımız, sənətçilərimiz, hətta tələbələrimiz də qoşuldular. Allahdan tək diləyimiz bir daha nə Türkiyədə, nə də Azərbaycanda bir daha belə bir faciələr yaşanmasın, eyni durum Allah qorusun əgər Azərbaycanda da yaşansaydı, düşünürəm ki, siz də eynisini edərdiniz, əslində bunun belə olması lazımdır", deyib. Proqrama baxmaq istəyənlər bu linkdən izləyə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm