Andlılar məhkəməsi institutundan imtina edirik
Bizi izləyin

Qırmızı.az

Andlılar məhkəməsi institutundan imtina edirik

Milli Məclisdəki mənbələrdən Trend-ə verilən məlumata görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə" Qanun layihəsi hazırlanıb.


Layihəyə əsasən, mövcud "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunun 4-cü (Məhkəmələrdə işlərə baxılması) maddəsindən "yaxud andlı iclasçılardan ibarət tərkibdə", 27-ci (Ağır cinayətlər məhkəməsinin tərkibi) və 30-3-cü (Naxçıvan Muxtar Respublikasının ağır cinayətlər məhkəməsinin tərkibi) maddələrindən "Qanunla nəzərdə tutulmuş hallarda və qaydada ağır cinayətlərə dair işlərə birinci instansiya üzrə baxılması üçün bu məhkəmənin tərkibində andlılar məhkəməsi yaradıla bilər", eləcə də Keçid müddəalarından "Qanunun andlı iclasçılara dair müddəaları məhkəmə-hüquq islahatları başa çatdıqdan və müvafiq Qanun qəbul edildikdən sonra qüvvəyə minir" ifadələri çıxarılır.


Bundan əlavə, Qanunun 115-123-cü maddələrini əhatə edən XXI fəsli (Andlı iclasçılar) ümumiyyətlə ləğv edilir.


Təklif edilən layihənin mayın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılacağı gözlənilir.


Qeyd edək ki, uzun illərdir Azərbaycan qanunvericiliyində andlılar məhkəməsi ilə bağlı müddəalar yer alsa da, təcrübədə heç vaxt tətbiq olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm