İnquşetiyada hərbi avtomobil karvanı partladıldı
Bizi izləyin

Qırmızı.az

İnquşetiyada hərbi avtomobil karvanı partladıldı

İnquşetiyada hərbi avtomobil karvanı partladıldı

Inquşetiyanın Sunjenski rayonunda hərbi avtomobil karvanı partladılıb.

Publika.az İnterfaksa istinadən xəbər verir ki, partlayış zamanı iki hərbçi yaralanıb. Bu barədə Respublikanın Daxili İşlər Nazirliyi açıqlama yayıb. Əldəqayırma partladıcı mexanizm Berd-Yurd kəndi yaxınlığında işə düşüb. Xatırladaq ki, İnquşetiyanın Sunjenski, Malqobek və Nazran rayonlarında bir ildən artıq idi ki, antiterror əməliyyatları keçirilirdi. Vəziyyət stabilləşdiyindən elə bu yaxınlarda, yəni may ayının 27-də antiterror əməliyyatlarına son qoyulduğu haqda rəsmi məlumat verilmişdi. Ancaq son partlayış hadisəsi göstərdi ki, rəsmilər əməliyyatların sona çatmasını elan etməkdə tələsiblər. Moskvaya verilən “stabillik”haqda raport sabun köpüyü kimi dağıldı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm