Bakıda kran piyada keçidini uçurdu: Yaralılar var - YENİLƏNİB / FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda kran piyada keçidini uçurdu: Yaralılar var - YENİLƏNİB / FOTO

Axşam saatlarında Bakıda yerüstü piyada keçidi uçub.

Axşam saatlarında Bakıda yerüstü piyada keçidi uçub.

Publika.az-ın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, Bakı-Salyan şosesinin Şıx ərazisindən keçən hissəsində yükqaldırıcı kran piyada keçidinin üstünə aşıb. Nəticədə keçidin bir hissəsi uçub.

Hadisə zamanı ərazidə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Yaralılar dərhal Klinik Tibbi Mərkəzə çatdırılıblar.

YENİLƏNMƏ

Yükqaldırıcı kran zərblə yerüstü piyada keçidinə dəyib, nəticədə keçid 99-JK-467 dövlət nömrə nişanlı “MAN” markalı yük avtomobilinin üzərinə düşüb.



Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxarıblar.



Oxumağa davam et
Reklam
Reklam

Gündəm