Bu gün hava yağmurlu olacaq - HAVA HAQQINDA
Bizi izləyin

Qırmızı.az

Bu gün hava yağmurlu olacaq - HAVA HAQQINDA

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 18-23°, gündüz 25-30° isti, Bakıda gecə 21-23°, gündüz 28-30° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-75 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23°, Zuğulba, Mərdəkan, Şüvəlan və Buzovnada 23-24°, Türkan, Hövsan, Şıx və Şahildə 24-25° isti təşkil edəcək.

Xəbərdarlıq

İyunun 3-dən 5-dək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə saatlarında şimşək çaxacağı gözlənilir. Havanın temperaturu iyunun 4-də ötən günlə müqayisədə 5° aşağı enəcək və gündüz saatlarında 22-26° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 15-20°, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Temperatur gecə 12-17°, gündüz 22-27° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 17-22°, gündüz 28-33° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 16-20°, gündüz 24-29° isti, dağlarda gecə 9-14°, gündüz 20-24° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 3-ü axşam və 4-də şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm