Mingəçevirdə mənzildən qadın meyiti tapıldı
Bizi izləyin

Qırmızı.az

Mingəçevirdə mənzildən qadın meyiti tapıldı

Mingəçevirdə mənzildən meyit tapılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112 qaynar telefon xətti”nə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Tural Vidadi oğlu Quliyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən ev sahibinin cəsədi aşkar olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm