Bakıda qəza törədən sürücü yaralını vəhşicəsinə döydü
Bizi izləyin

Qırmızı.az

Bakıda qəza törədən sürücü yaralını vəhşicəsinə döydü

Bu gecə Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hövsan-Zığ yolunun Qum adasına gedən ərazisində qeydə alınıb.

Bu gecə Suraxanı rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Hövsan-Zığ yolunun Qum adasına gedən ərazisində qeydə alınıb.

24 yaşlı sürücü Kamran Qasımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Hovsan qəsəbəsindən üzü Əhmədli istiqamətində hərəkətdə olarkən, əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Füzuli Museyibovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən idarə etməni itirən “VAZ 2107”-nin sürücüsü maşını yolun kənarında istifadəyə yararsız olan işıq dirəyinə çırpıb.

Qəza nəticəsində “VAZ 2107”nin sürücü Kamran Qasımov ağır bədən xəsarətləri, digər maşının sürücü Füzuli Museyibov və onun sərnişini 14 yaşlı Səkinə Qədimova müxtəlif bədən xəsarətləri alıb.

Baş verən qəzadan sonra “VAZ 21099”-un sürücüsü Füzuli Museyibov qəzaya düşən digər nəqiyyat vasitəsinin sürücüsünü avtomobildən yaralı vəziyyətdə çıxardaraq döyməyə başlayıb. Səs-küyə gələn qəsəbə sakinləri yaralı sürücünü Füzuli Museyibovun əlindən alıblar.

“VAZ-2107”-nin sürücünün vəziyyəti ağır olduğundan onu 1 saylı şəhər kliniki xəstəxanaya aparıblar. Digər yaralıların xəsarətləri isə yüngül olduğu üçün yerindəcə ambulator müalicə edilib. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm