Tələbələr imkansızlara kömək edəcək
Bizi izləyin

Qırmızı.az

Tələbələr imkansızlara kömək edəcək

Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin təsis edilməsi barədə qərar qəbul edilib.

İqtisad Universitetində Publika.az-a verilən məlumata görə, Xeyriyyə Cəmiyyətininin yaradılmasında məqsəd universitet daxilində imkansız tələbələrə köməkliyin göstərilməsi, həmçinin qocalar evi və kimsəsiz uşaqlar evinə, xəstə və yardıma ehtiyacı olanlara könüllü yardımların göstərilməsidir.

Cəmiyyətə üzvlük könüllü xarakter daşıyır və maliyyə məsələlərində tam müstəqildir. Nizamnamə sənədinə əsasən, büdcənin formalaşması üzvlərdən toplanan maliyyə vəsaitləri, sponsorlar, könüllü ianələr hesabına həyata keçiriləcək. Təsdiq edilmiş cəmiyyətin büdcə layihəsinin qəbulu qurumun İdarə Heyətinə, təsdiq olunması isə cəmiyyətin sədrinə həvalə edilib.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm