Piyada keçidini dağıdan sürücü tutuldu
Bizi izləyin

Qırmızı.az

Piyada keçidini dağıdan sürücü tutuldu

Bakının Səbail rayonu ərazisində piyada keçidinin uçması ilə nəticələn yol qəzasında xəsarət alan İlkin Həsən oğlu Hüseynovun vəziyyəti hazırda stabildir.



Bu barədə yaralının müalicə aldığı Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, 1985-ci təvəllüdlü İlkin Hüseynova qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Xəstəxanadan bildiriblər ki, hazırda yaralının həyatı üçün təhlükə yoxdur.



Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, qəzanı törədən “MAN” markalı yük qaldırıcı kranın sürücüsü Tofiq Baba oğlu Balabəyov hadisədən dərhal sonra saxlanılıb. Onu yol hərəkətini kobud şəkildə pozmaqda ittiham edirlər.



Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm