• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Piyada keçidinin uçduğu ərazidə hərəkət bərpa olunub

Piyada keçidinin uçduğu ərazidə hərəkət bərpa olunub

Bu gün səhərdən etibarən Bakı-Salyan şossesində piyada keçidinin uçduğu ərazidə hərəkət bərpa olunub.

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Gecədən səhər saatlarınadək hadisə yerində olan Pünhan Mürsəliyev bildirib ki, artıq bu gün səhər 07:30-dan etibarən həmin ərazidə hərəkət bərpa olunub:

"Ərazidə dörd qaldırıcı kran var idi. Bunlardan ikisi 70 ton yükgötürmə qabiliyyətinə malik idi, biri 50 ton, digəri isə 25 tonluq idi. Bu dörd kranın olmasına baxmayaraq, həmin o piyada keçidini yolun hərəkət hissəsindən kənarlaşdırmaq çox çətin idi. Ona görə də piyada keçidi qaynaq aparatı ilə dörd hissəyə bölündü və təzədən hadisə yerinə 130 ton yükgötürmə qabiliyyətinə malik olan kran gətirildi. Bu kranların hesabına keçidin hər bir hissəsi ərazidən kənarlaşdırıldı. Bundan sonra əraziyə başqa texnikalar, yükləyicilər cəlb olundu və yolun hərəkət hissəsində olan metal və beton qalıqların hamısı yükləyicilər vasitəsi ilə maşınlara doldurularaq götürüldü, ərazi təmizləndi. Əgər 130 ton yükgötürmə qabiliyyətinə malik kran olmasaydı, onu kənarlaşdırmaq mümkün olmazdı".

Mətbuat xidmətinin rəhbəri ona da əlavə edib ki, piyada keçidi "Azəryolservis" ASC-nin balansında olmayıb. Keçid ərazidəki istirahət mərkəzlərindən birini dəniz sahili ilə birləşdirirdi.

Qeyd edək ki, iyunun 2-də axşam saat 18:40 radələrində Səbail rayonu ərazisində, Bakı-Salyan şosesində "MAZ" markalı yükqaldırıcı kranın yerüstü piyada keçidinə dəyməsi nəticəsind keçid uçub və əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı yük avtomobilinin sürücüsü, Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov yaralanıb. Yaralı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Hadisə nəticəsində isə Bakı-Salyan yolu bağlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR