Qırmızı.az
Anasını öldürən oğuldan şok açıqlama – O ölməli idi....
Bakıda oğul anasını öldürüb. Sabunçu rayonu, Bakıxanov
qəsəbəsində 22 yaşlı Elvin Əzimov ötən gecə saat 03 radələrində 46
yaşlı anası Esmiranın qanını axıdıb.
Milli.az xəbər verir ki, səs-küyə gələn qonşuları görən Elvin özünü 3-cü mərtəbədən atıb. Ana və oğul ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Elvinin həyatını həkimlər xilas etsələr də, ana əməliyyat masasında canını tapşırıb.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
Anasını öldürən gənc ağır vəziyyətdə olsa da, polisin suallarını qısaca cavablandırıb.
Anası Esmira Əzizovanı öldürəndən sonra qaçmaq istəyən Elvin özünü 3-cü mərtəbədən atıb. Ayaqları və qolları sınan Elvin xəstəxanadadır. Vəziyyəti ağır olan Elvin polisin “ananı niyə öldürdün” sualına qısaca belə cavab verib: “O ölməliydi. Çoxdan ölməliydi, mən də öldürmüşəm”.
Avara həyat tərzi keçirən Elvinin anasını hansı səbəbdən öldürməsi istintaqın gedişində məlum olacaq.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK