Piyadalar dövlət büdcəsinə 1,5 milyon manat xeyir verdi
Bizi izləyin

Qırmızı.az

Piyadalar dövlət büdcəsinə 1,5 milyon manat xeyir verdi

Bakıda bu ilin 5 ayında 70 mindən artıq piyada cərimələnib.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov Publika.az-a verilən məlumata görə, bu ilin yanvar-may aylarında Bakıda 70 min 342 piyada təyin olunmayan yerlərdən keçdiyi üçün inzibati qaydada cəzalandırılıb. Onlar barəsində protokol tərtib edilib və hər biri 20 manat məbləğində cərimələniblər.

Şöbə rəisi deyib ki, təkcə son bir həftədə 3600 piyada yol hərəkəti qaydalarını pozduqları üçün cərimələniblər.

Ümumilikdə, ötən beş ay ərzində piyadalar tərəfindən ödənilən cərimənin məbləği 1 milyon 406 min 840 manat olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm