FHN Bayıl sürüşməsinin qarşısını əcnəbi mütəxəssislərlə birgə alır
Bizi izləyin

Qırmızı.az

FHN Bayıl sürüşməsinin qarşısını əcnəbi mütəxəssislərlə birgə alır

FHN Bayıl sürüşməsinin qarşısını əcnəbi mütəxəssislərlə birgə alır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Bayıl sürüşmə zonasında stabilləşdirmə və ərazinin dayanıqılq probleminin həlli məqsədilə yerli mütəxəssislərdən ibarət işçi qrup yaradıb. Bu məsələ üzrə dünyada böyük təcrübəyə malik olan Yaponiyanın “Şinyei Kaişa Korporeyşn” və Hollandiyanın “Vitteven Bos” şirkətlərinin ekspertlərini də bu işə cəlb edib.

Yerli mütəxəssislər və xarici ekspertlər 800 hektar ərazidə topogeodeziya işləri aparıb, 101 geoloji və hidroloji quyu qazıb, monitorinq şəbəkəsi yaradıb, habelə 3 mərhələdən ibarət ardıcıl tədbirlər həyata keçirməyə başlayıb.

İkincisi, yeraltı suların səviyyəsinin 3 metr aşağı düşməsi üçün sürüşmə sahəsində drenaj quyusu qazılıb, nəticədə son 8 ay müddətində yeraltı suların səviyyəsi 95 sm enib.

Nəhayət, dayanıqlıq faktorunu artırmaq üçün T. Bağırov küçəsinin şərqində 112 metr uzunluğunda svaylardan ibarət istinad divarı yaradılıb.

Bütün bu tədbirlərdən sonra Bayıl sürüşmə ərazisində stabilləşmə təmin olunacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm