Piyada keçidinin uçması ilə bağlı rəsmi açıqlama
Bizi izləyin

Qırmızı.az

Piyada keçidinin uçması ilə bağlı rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) yükqaldırıcı kranın piyada keçidinə çırpılması ilə bağlı məlumat yayıb.

Publika.az-ın DİN-in saytına istinadən verdiyi xəbərə görə, iyunun 2-də, saat 19 radələrində Səbail rayonu Salyan şosesində Şabran rayon sakini Tofiq Balabəyov idarə etdiyi “MAZ” markalı yükqaldırıcı kranı piyada keçidinə vurub.

Nəticədə keçid aşaraq hərəkətdə olan Bakı şəhər sakini İlkin Hüseynovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinin üzərinə düşüb. İ. Hüseynov xəstəxanaya yerləşdirilib.


Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm