Axtarışda olan 198 nəfər tutulub
Bizi izləyin

Qırmızı.az

Axtarışda olan 198 nəfər tutulub

Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 31 halda 40 nəfər Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə DSX-nin mətbuat mərkəzi məlumat yayıb.

Saxlanılanlardan 25 nəfəri Azərbaycan, 4 nəfəri Özbəkistan, 2 nəfəri İran, 1 nəfəri Rusiya, 2 nəfəri Moldova, 2 nəfəri Tacikistan, 3 nəfəri Əfqanıstan, 1 nəfəri isə Gürcüstan vətəndaşları olub.

Sərhəd rejimi qaydalarını pozduqlarına görə, 9 halda 15 nəfər, Xəzər dənizində 55 halda 90 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 198 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 6 kiloqram 56 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

May ayında 59 halda ümumi dəyəri təqribən 1 milyon 639 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd ov tüfəngi, 3300 qram gümüş, 5 ədəd beşbarmaq, 2 ədəd pnevmatik tapança, 7 ədəd zinət əşyası, 154 ədəd mobil telefon, 30861 ədəd kosmetika, 17 ədəd mobil telefon aksessuarı, 2467 qutu siqaret, 228 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. (Publika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm