TQDK imtahan verəcək şagirdlərə müraciət etdi
Bizi izləyin

Qırmızı.az

TQDK imtahan verəcək şagirdlərə müraciət etdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 13-də buraxılış imtahanında iştirak edəcək şagirdlərə müraciət edib.

Publika.az-ın TQDK-nın saytına istinadən verdiyi xəbərə görə, iyunun 13-də buraxılış imtahanında (Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan, Xocavənd) iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"nihttp://eservices. tqdk.gov.az/sagird2014/ keçidi nə daxil olaraq çap edə bilərlər.

Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər.

Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm