Nazir Beynəlxalq Əmək Təşkilatının rəhbəri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Nazir Beynəlxalq Əmək Təşkilatının rəhbəri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovl Cenevrədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, əmək bazarının inkişafı yönündə görülən işlər barədə məlumat verən S.Müslümov bu islahatlar prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığın daim gücləndirildiyini vurğulayıb:

“Azərbaycan BƏT-in 56 Konvensiyasını ratifikasiya edib. Bu Konvensiyalardan irəli gələn yanaşmalar ölkənin milli qanunvericiliyində əksini tapıb. Eyni zamanda, əməyin mühafizəsi ilə bağlı beynəlxalq normaların tətbiqinə daim xüsusi diqqət yetirilir və BƏT-lə əməkdaşlıq çərçivəsində layiqli əməyin təminatı üzrə ölkə proqramı icra olunub”.

BƏT-lə uğurlu əməkdaşlıq təcrübəsinin gələcəkdə bu əməkdaşlığın genişləndirilməsi üçün mühüm stimul olduğunu bildirən nazir xüsusən əməyin mühafizəsi sahəsində milli müstəvidə səmərəli fəaliyyət mexanizminin qurulmasında BƏT-in dəstəyinin dəyərli ola biləcəyini deyib:

“Azərbaycanda Əməyin mühafizəsi və təhlükəsizliyi üzrə Strategiya hazırlanıb və həmin Strategiyaya BƏT-in ekspertiza dəstəyinin göstərilməsi olduqca əhəmiyyətli olardı. Bununla yanaşı, BƏT-lə əməkdaşlığın qeyri-formal məşğulluğa dair əhali (xüsusilə gənclər arasında) arasında əhatəli sorğuların keçirilməsi və monitorinq sisteminin yaradılması təcrübəsinin formalaşdırılması sahəsini də əhatə etməsi məqsədəuyğun ola bilər”.

S.Müslümov əmək bazarı ehtiyaclarının proqnozlaşdırılması sahəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin institisional potensialının gücləndirilməsi, əmək statistikasının təkmilləşdirilməsi, əmək haqqı (minimum əmək haqqı) siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə də BƏT-lə əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb və BƏT Baş direktorunu Azərbaycana səfər etməyə dəvət etmişdir.

Q.Rayder Azərbaycanda aparılan uğurlu islahatları və Azərbaycanın BƏT ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu məmnunluqla qeyd etdi. Səslənən təklifləri müsbət qarşılayan Q.Rayder gənclərin məşğulluğu və əməyin mühafizəsi və təhlükəsizliyi məsələsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib, Azərbaycanın bu sahədə gördüyü işlərin təqdirəlayiq olduğunu bildirib və ölkəmizə səfər etmək arzusunu ifadə etmişdir.

Görüşdə Azərbaycanla BƏT arasında gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, S. Müslümov Beynəlxalq Əmək Təşkilatının Beynəlxalq Əmək Konfransının 103-cü sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm