TQDK vaxtı uzatdı
Bizi izləyin

Qırmızı.az

TQDK vaxtı uzatdı

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı uzadılıb.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin vaxtı 04 iyun saat 23:59-dək uzadılıb.


Bu il magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak etmək üçün müsabiqə şərtlərini ödəyən bakalavrlar göstərilən vaxtadək ixtisas seçimini etməlidirlər.


Müsabiqəyə yalnız “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm