“Sən, ey uşaqlıq” festivalına yekun vuruldu
Bizi izləyin

Qırmızı.az

“Sən, ey uşaqlıq” festivalına yekun vuruldu

Gənclər üçün Təhsil MərkəziGəncə Regional ofisi 1 İyunUşaqların Müdafiə Günü münasibətilə Xan bağında "Sən, ey uşaqlıq" uşaq yaradıcılıq festivalı təşkil edib.

Tədbrin açılışında Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Əsgər Babazadə çıxış edərək uşaqların bayramını təbrik edib və dövlətimizin hər zaman uşaqların qayğısına qaldığını deyib, uşaq hüquqları haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

Mərkəzin Gəncə regional ofisinin rəhbəri Aygün Həsənzadə tədbirin mahiyyəti haqqında qonaqlara məlumat verib:

"Ulu Öndər Heydər Əliyev "Uşaqlar bizim gələcəyimizdir" deyirdi, onu da qeyd edirdi ki, əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə, gərək uşaqlara xüsusi diqqət yetirsin. Biz də Mərkəz olaraq bu siyasətə sadiqik və gələcəkdə uşaqların müdafiəsi, hüquqlarının təbliği ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirəcəyik".


Festivalda uşaq flashmobu, əyləncəli rəqslər, uşaqların ifalarından ibarət gözəl müsiqi kompozisiyaları nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm