Gənc həkimlər dövlət imtahanı verir (FOTO)
Bizi izləyin

Qırmızı.az

Gənc həkimlər dövlət imtahanı verir (FOTO)

Bu gün Azərbaycan Tibb Universitetində dövlət imtahanlarına start verilib. Digər ali məktəblərdən fərqli olaraq, ATU-nun tələbələri məzun adını qazanmaq üçün həm test ilə imtahandan keçir, həm də praktikada öz biliklərini nümayiş etdirirlər. Belə ki, imtahan verən tələbələr ATU klinikalarında xəstələri müayinə edib diaqnoz qoymaqla sınaqdan keçirlər.

ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov bu gün Virtual Test Mərkəzində imtahan verən tələbələrlə görüşüb, imtahanın gedişi ilə maraqlanıb. Rektor testdən keçən tələbələrin təklif və istəklərini dinləyib. Tələbələr imtahanın gedişindən razı qaldıqlarını bildiriblər.

ATU-dakı dövlət attestasiya imtahanları bu gün Stomatoloji Klinikada da start götürüb. Bu klinika yüksək səviyyəli təhsil və tədris üçün, həm də gənclərin lazımi praktika əldə etməsi üçün zəruri ləvazimat və avadanlıqla təchiz olunub. Odur ki, imtahan zamanı stomatologiya fakültəsinin tələbələri test üsulu ilə kompüter vasitəsilə imtahan verdikdən sonra mütəxəssis həkimin nəzarəti altında xəstələrin dişlərini müalicə edir, tədris boyunca əldə etdikləri vərdişləri nümayiş etdirirlər. Onların işinə dövlət imtahan komissiyasının sədri və üzvləri tərəfindən nəzarət olunur.

İmtahanlar həmçinin müalicə-profilaktika, pediatriya, əczaçılıq, tibbi profilaktika və hərbi tibb fakültələrində də aparılır. Bir neçə gün ərzində hər gün ATU-da təxminən 150 tələbə dövlət attestasiya imtahanından keçəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm