Rus tankları Bakıda – VİDEO
Bizi izləyin

Qırmızı.az

Rus tankları Bakıda – VİDEO

Tanklar xüsusi yük vaqonları vasitəsilə paytaxta daxil olur

Tanklar xüsusi yük vaqonları vasitəsilə paytaxta daxil olur

Rusiya istehsalı tankların yeni partiyası Bakıya gətirilib. Tanklar xüsusi yük vaqonları vasitəsilə paytaxta daxil olub. Nobel prospekti ərazisindən bazaya aparılan hərbi texnikalar son model tanklardır.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan tərəfinin Rusiyaya sifariş verməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, Azərbaycana yola salınacaq partiyaya 30 ədəd T-90S tankı daxildir. Tanklar UVZ mütəxəssislərinin iştirakı ilə qəbul testlərindən keçiriləcək.

Bir neçə gün əvvəl mətbuatda UVZ-nin Azərbaycana əlavə olaraq 100 T-90S tankı satacağına dair yayılan məlumata aydınlıq gətirən şirkət nümayəndələrinin sözlərinə görə, burada söhbət 2012-ci ildə tərəflər arasında imzalanmış 100 ədəd T-90S tankının alqı-satqısına dair müqavilədən gedir. Müqavilə üzrə sifarişin ilk hissəsi 2013-cü ilin əvvəlində Bakıya göndərilib. Qalan hissə isə qrafikə uyğun davam etdirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm