Azərbaycanın tanınmış memarı komadadır
Bizi izləyin

Qırmızı.az

Azərbaycanın tanınmış memarı komadadır

Azərbaycanın əməkdar memarı Emil Axundov komadadır. Hazırda Ankarada Tobb Etu xəstəxanasında müalicə alan E.Axundovu xilas etmək üçün ailəsinin maddi dəstəyə ehtiyacı var. Bu barədə publika.az-a qızı Samirə Axundova məlumat verib.

Onun sözlərinə görə, əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan E.Axundovun vəziyyəti ağırlaşdığına görə, Türkiyəyə aparılıb:

“Vaskulit xəstəliyindən əziyyət çəkən memar iki aydır Ankarada müalicə olunur, bir aydan artıqdır ki, həkimlər onu iynə ilə yatızdırır. Orqanlarının fəaliyyətinə nəzarət etmək üçün bu addım atılıb”.

İnşaatçının bundan sonrakı müalicəsi üçün maddi vəsaitə ehtiyac var. Xəstəxanaya olan borcları 100 min dollara çatıb. Ailənin bu vəsaiti ödəməyə imkanı çatmır. Ona görə də onu xəstəxanadan çıxara bilmir.

Bundan başqa, ailə Heydər Əliyev Fonduna da kömək üçün müraciət edilib. Müraciət yeni olduğundan yaxın günlərdə cavab veriləcəyi gözlənilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm