• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şəhid əsgərimiz dəfn edildi

Şəhid əsgərimiz dəfn edildi

Düşmən tərəfindən açılan atəş nəticəsində dünən şəhid olmuş əsgər Zaur Söhbətdin oğlu Həsənli iyunun 3-də Abşeron rayonunun Xırdalan şəhərində dəfn olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, əsgər Z.Həsənlinin cənazəsi şəhid olduğu Naxçıvan torpağından Bakıya xüsusi təyyarə ilə gətirilib.


Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, hərbi hissənin nümayəndələri, Xırdalan şəhər İcra Hakimiyyətinin, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən şəhər ictimaiyyəti iştirak ediblər.


Mərasimində çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovniki Abdulla Qurbani şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək Müdafiə Nazirliyinin rəhbərliyi adından onun ailəsinə dərin hüznlə başsağlığı verib.


Sonra şəhidin babası Abbas Həsənli çıxış edərək, nəvəsinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmasından qürur duyduğunu, dəfn mərasiminin yüksək səviyyədə təşkilinə görə ölkə başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.


Mərasim başa çatdıqdan sonra şəhidin cənazəsi fəxri qarovulun və böyük izdihamın müşayiəti ilə Xırdalan şəhər məzarlığına aparılıb. Şəhid Z.Həsənli əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün şəhidin qardaşına təqdim edilib.

Mərasim iştirakçıları Şəhidlər xiyabanını "Şəhidlər ölməz, Vətən bölünməz!" nidaları ilə tərk ediblər.
Qeyd edək ki, iyunun 2-də ermənilərin atəşkəsi pozması nəticəsində Naxçıvan Muxtar Respublikasındakı "N" saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 19 yaşlı Zaur Həsənli düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. Z. Həsənli həqiqi hərbi xidmətə Tərtər rayonundan çağırılıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR