Hacı İbrahim "İlin ən uğurlu iş adamı" seçildi - FOTO
Bizi izləyin

Qırmızı.az

Hacı İbrahim "İlin ən uğurlu iş adamı" seçildi - FOTO

Türkiyənin “Ekovitrin” dərgisi Azərbaycanın tanınmış iş adamı “Avesta” Konserninin rəhbəri Hacı İbrahim Nehrəmlini türk cümhuriyyətləri üzrə “İlin ən uğurlu iş adamı” elan edib.

Türkiyənin “Ekovitrin” dərgisi Azərbaycanın tanınmış iş adamı “Avesta” Konserninin rəhbəri Hacı İbrahim Nehrəmlini türk cümhuriyyətləri üzrə “İlin ən uğurlu iş adamı” elan edib.

Dərginin 13-cü ildir keçirdiyi “İlin Ulduzları Anketi”ndə azərbaycanlı iş adamı “İlin ən uğurlu iş adamı” nominasiyasında qalib olub.

“Ekovitrin” Türkiyənin iqtisadiyyat və iş dünyası ilə bağlı ən ünlü dərgilərindən biridir. Dərginin açıqladığı hesabatda bildirilir ki, sorğu 184.232 respondent arasında keçirilib. 31 fərqli kateqoriya üzrə 91 iş adamının namizədliyi irəli sürülüb.

Hesabatda bildirilir ki, Hacı İbrahim Nehrəmli Azərbaycanda həyata keçirdiyi nəhəng “Xəzər Adaları” projesinə görə fərqlənib: “41 süni ada üzərində qurulan nəhəng projenin dəyərin 100 milyard dollardır.

Projedə yaşayış binaları, ticarət mərkəzləri ilə yanaşı dünyanın 1050 metrlik ən yüksək qülləsinin, hava limanının, teatr salonlarının, “Formula-1” yarışları üçün meydançasının tikintisi də nəzərdə tutulur. Bütün göstəricilərinə görə “Xəzər Adaları”nın türk cümhuriyyətlərində gerçəkləşdirilən layihələr içərisində analoqu yoxdur”.

Qaliblərə mükafatların təqdim edilməsi mərasimi iyul ayında İstanbulda keçiriləcək. Onu da vurğulayaq ki, Türkiyə çapında “Ekovitrin” dərgisinin mükafatları siyasət və iqtisadiyyat sahələrinin “Oskar”ı kimi dəyənləndirilir. /Musavat.com/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm