Qırmızı.az
Heydər Əliyev Fondu Zevsin heykəlini bərpa edəcək
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Vatikana səfəri çərçivəsində iyunun 3-də Piyo-Klementino muzeyi ilə tanış olub.
Birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, burada
antik və intibah dövrünə aid dəyərli heykəltəraşlıq nümunələri
qorunur. Belveder sarayında yerləşən bu muzey Vatikan muzeylər
kompleksinə daxildir və eksponatlarının sayına, tarixi əhəmiyyətinə
görə ümumbəşəri zənginliyi ilə seçilir. Əsas məqsədi qədim yunan və
Roma incəsənət əsərlərinin qorunması olan muzeyin yaradılmasında
Roma papaları XIV Kliment və VI Piya mühüm rol oynayıblar.
Diqqətə çatdırıldı ki, muzey daxili həyət, heyvanlar zalı,
heykəllər qalereyası, Rotonda zalı, yunan xaçı zalı, büstlər
qalereyası və digər bölmələrdən ibarətdir. Muzeyin daxili həyətində
Papa II Yulinin dövrünə aid antik heykəllər sərgilənir. 1775-ci
ildə Roma papası VI Piyanın göstərişi ilə həyətdə bərpa işləri
aparılmışdır. Muzeydəki qiymətli eksponatlar arasında eradan əvvəl
I əsrə aid edilən "Lakun və oğulları", "Belveder Apollonu",
"Hermes" və digər abidələr dünya əhəmiyyətli tarixi əsərlər hesab
edilir. Bərpasında məşhur heykəltəraş və rəssamların iştirak
etdikləri bir çox əsərlərin qorunduğu muzeydəki heyvanlar zalında
150-ə yaxın müxtəlif heyvanın antik abidəsi vardır. Zənginliyinə
görə dünyada analoqu olmayan zalın eksponatlarının bir hissəsi
Yunanıstan və Romadakı qədim əsərlərin surətidir. Heykəllər
qalereyası da zənginliyi ilə diqqət çəkir. Burada əvvəllər Roma
Papası VIII İnnokentinin yay pavilyonu yerləşmişdir. Qalereyada
qədim Roma heykəlləri, həmçinin antik yunan heykəllərinin surətləri
sərgilənir. Muzeyin büstlər qalereyasında orta əsrlər intibah
dövrünə aid 100-dən artıq qədim əsər toplanıb.
Vatikan muzeylər kompleksinin əsası XVI əsrin sonunda Papa II Yuli
tərəfindən qoyulub. Burada qədim dövrlərin izlərini yaşadan önəmli
sənət əsərləri nümayiş olunur. Kompleksdə 54 qalereya mövcuddur.
2006-cı ildə muzeylərin 500 illik yubileyi böyük təntənə ilə qeyd
olunmuşdur. "Pinakoteka Vatikana" incəsənət qalereyasında məşhur
rəssamların əsərləri saxlanılır. Müasir dini incəsənət
kolleksiyasının yerləşdiyi bölmədə də mühüm rəsm əsərləri və
heykəllər nümayiş olunur. "Kiyaramonte" muzeyi müxtəlif daş
kitabələrin, heykəllərin nümayiş olunduğu və bu növ heykəltəraşlıq
nümunələrinin sayına görə ən böyük kolleksiyaya malik muzeydir.
"Qreqoriano Etrusko" muzeyi səkkiz qalereyadan ibarətdir. Burada
müxtəlif vazalar, bürünc əşyalar nümayiş olunur. Vatikan tarix
muzeyində isə XVI əsrdən bugünədək Roma papası olmuş şəxslərin
nadir portretləri, onlara aid müxtəlif əşyalar nümayiş etdirilir.
Burada müxtəlif topoqrafik xəritələrin saxlandığı qalereya da
yerləşir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Vatikan
şəhərinin qubernatorluğunun baş katibi, arxiyepiskop Fernando
Verqes Alzaqanın görüşü olub.
Görüşdə Vatikan muzeyinə göstərdiyi marağa görə Mehriban Əliyevaya
təşəkkür edən Fernando Verqes Alzaqa Heydər Əliyev Fondu ilə
Vatikan muzeyi arasındakı əməkdaşlığın uğurlu olacağına əminliyini
ifadə edib.
Vatikan muzeyində qorunan sənət əsərlərinin hər birinin ümumbəşəri
dəyərə malik olduğunu bildirən Azərbaycanın birinci xanımı demişdir
ki, rəhbərlik etdiyi Fond Azərbaycan ilə yanaşı, dünyanın bir çox
ölkələrində bəşəri əhəmiyyət daşıyan sənət nümunələrinin
qorunmasında yaxından iştirak edir.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən Vatikan Muzeyində Zevsin
heykəlinin bərpasına, o cümlədən "Sistina" zalında yenidənqurma
işlərinin aparılmasına dair iki saziş imzalanıb.
Sonda xatirə şəkli çəkdirildi.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK