Bu gün hava yağmurlu olacaq - HAVA HAQQINDA
Bizi izləyin

Qırmızı.az

Bu gün hava yağmurlu olacaq - HAVA HAQQINDA

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var.

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində şimşək çaxacağı ehtimalı var.

Temperatur gecə 16-20°, gündüz 22-26° isti, Bakıda gecə 17-19°, gündüz 23-25° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Şahildə 22-23° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 7-12°, gündüz 18-23° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında əsasən gecə və səhər şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 14-19°, gündüz 23-28° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə10-15°, gündüz 20-25° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və səhər şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Temperatur gecə 15-20°, gündüz 25-30° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək.

Temperatur gecə 15-19°, gündüz 23-28° isti, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm