Mikroavtobus işıq dirəyinə çırpıldı, xəsarət alan var
Bizi izləyin

Qırmızı.az

Mikroavtobus işıq dirəyinə çırpıldı, xəsarət alan var

Bakıda bu gün axşam saatlarında baş vermiş yol qəzasında 1 nəfər xəsarət alıb.

Bakıda bu gün axşam saatlarında baş vermiş yol qəzasında 1 nəfər xəsarət alıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, paytaxtın Qaradağ rayonunda Bakı-Qazax yolunun 70-ci kilometrliyində “Nissan” markalı mikroavtobus yol kənarındakı işıq dirəyinə çırpılıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Nissan” markalı mikroavtobusun sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm